featured-image-76542

İtaliyanın Gənclər və İdman naziri Andrea Abodi milli komandanın DŞ-2026-ya vəsiqə qazana bilməməsinə münasibət bildirib.

Msport.az xəbər verir ki, italyanlar pley-offun finalında Bosniya və Herseqovinaya oyunsonrası penalti zərbələrində uduzub:

“Hamı bilir ki, İtaliya futboluna yüksəliş lazımdır və bu proses İtaliya Futbol Federasiyasının yenilənməsindən başlamalıdır. Hökumət son illərdə İtaliya idman hərəkatına sadiqliyini konkret şəkildə göstərib. Ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalmağa görə məsuliyyəti etiraf etməmək yanlış olardı.

Yeni nəslin hələ də milli komandanın dünya çempionatında oyununu izləmək həyəcanını yaşamadığını düşünmək məni kədərləndirir.

Bizə tapşırılan vəzifələri əvvəlki yerinə yetirməyə davam edəcəyik, lakin hər kəsdən də məsuliyyət tələb edirik. İtaliya dünya futbolunda öz şərəfli adını geri qaytarmalıdır”.

Bənzər xəbərlər