"Bursaspor"un Namik Ələskərova borcu nə qədərdir?
Türkiyə “Bursaspor”unun Azərbaycan millisinin futbolçusu Namik Ələskərova borcunun məbləği bəlli olub.
Msport.az xəbər verir ki, II Liqa təmsilçisi 27 yaşlı yarımmüdafiəçiyə 424 min avro ödəniş etməlidir.
Klubun azərbaycanlı oyunçu ilə yanaşı, daha 32 futbolçuya borcu var. Borc ödənilməsə, FIFA tərəfindən qoyulmuş transfer qadağası götürülməyəcək.
Qeyd edək ki, Namik Ələskərov 2021/2022 mövsümündə “Bursaspor”un formasını geyinib.