"Bütün gücümüzlə "Qarabağ"la oyuna hazırlaşmalıyıq - "Sürix"in baş məşqçisi
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” İsveçrə çempionatında 2-ci turun oyununu keçirib.
Msport.az xəbər verir ki, komanda doğma meydanda “Luzern”lə qolsuz bərabərə qalıb – 0:0.
Matçdan sonra keçirilən mətbuat konfransında “Sürix”in baş məşqçisi Franko Foda komandasının xüsusən ilk yarım saatdakı oyunundan razı qaldığını deyib: “Biz bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın yekunda qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.
Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk görüşdə “Sürix”ə 3:2 hesabı ilə qalib gəlib. Cavab matçı iyulun 27-si İsveçrədə olacaq.







