featured-image-22914

Zaqreb “Dinamo”sunun baş məşqçisi Ante Çaçiç millimizin hücumçusu Mahir Emrelinin “Konyaspor”a keçməsinə münasibət bildirib.

Msport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis ölkə kubokunun “Split”lə 1\8 final oyunundan əvvəl mətbuat konfransında bu haqda danışıb:

“Mahir Emreli və Daniel Ştefulu icarəyə göndəririk. Emreli “Konyaspor”a, Şteful isə Sloveniyanın “Çele” klubuna keçəcək. Bəli, biz düşündük ki, onların yazda mümkün qədər çox oyunda meydana çıxması yaxşı olardı. Bu səbəbdən də razılaşdıq ki, icarəyə getsinlər.  Emreli Türkiyəyə, Şteful isə Sloveniyaya yollandı”.

Qeyd edək ki, Mahir “Dinamo”nun əsas heyətində möhkəmlənə bilmədi. O, Zaqreb klubunda 23 matçda 5 qol vurdu.

25 yaşlı futbolçunun bu gün “Konyaspor”la müqavilə bağlaması gözlənilir.

AYXAN 

Bənzər xəbərlər