featured-image-36442

“Sumqayıt” transfer çalışmalarını davam etdirir.

Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi heyətinə daha bir futbolçunu qatıb.

“Kimyaçılar” Kiprin “Anortosis” klubunun hücumçusu Kasmir Ninqla güclənib. Çad millisinin üzvü yeni komandası ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı forvard Premyer Liqa klubunda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Kasmir Ninqa karyerası ərzində “Monpelye”, “Kann”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə), “Anortosis” (Kipr) kimi klubların şərəfini qoruyub. O, Çad yığmasının heyətində 18 oyunda 5 qol vurub.

Bənzər xəbərlər