featured-image-31326

Ötən mövsümün nəticələrinə əsasən Premyer Liqada sonuncu yeri tutan “Şamaxı” I Diviziona düşdü.

İdman prinsipləri pozulmasa, əyalət təmsilçisi növbəti mövsümdən aşağı liqada mübarizə aparmalıdır.
“Şamaxı”nın elitanı tərk etməsindən sonra bəzi söz-söhbətlər yayıldı. Artıq futbolçuların adları müxtəlif komandalarla hallanmağa başlayıb. Eləcə də, başda Cavid Hüseynov olmaqla, məşqçilər heyətinin  “Şamaxı”da qalmaq istəmədiyi bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Hüseynovla əlaqə saxladıq. Gənc mütəxəsəssis Msport.az saytına açıqlamasında bunları söylədi:

“Hələ heç nə bilinmir. Bütün sualların cavabı rəhbərliklə görüşdən sonra bəlli olacaq. Görüş yaxın günlərdə, daha doğrusu, 3-4 gün ərzində baş tutmalıdır”.

Hüseynov “Şamaxı” divizionda oynasa, qalıb işləyəcəksiz” sualına isə bu cür cavab verdi: “Dediyim kimi, indiki məqamda dəqiq nəsə söyləmək çox çətindir. Hamımız klub rəhbərliyi ilə görüşü gözləyirik”.

CAHİD

Bənzər xəbərlər