featured-image-31513

Premyer Liqa ilə vidalaşan “Şamaxı”nın məşqçilər korpusunda dəyişiklik baş verib. Msport.az-ın əldə etdiyi məlumata görə, Cavid Hüseynov komanda ilə ayrılıb. Onunla birgə əyalət klubuna gələn digər mütəxəssislər – Elhad Nəziri, qapıçılar üzrə məşqçi Anar Niftəliyev, Şərafəddin Hüseynov da yeni müqavilə bağlamayıblar.

“Şamaxı”da bütün işlərə, məşq prossesinə Cavid Hüseynov nəzarət etsə də, onun Pro kateqoriyası olmadığı üçün baş məşqçi kimi Vüqar Əsgərli göstərilmişdi.

Qeyd edək ki, Şərafəddin Hüseynov Cavid Hüseynovun böyük qardaşıdır.

“Şamaxını yeni çempionatda Vüqar Əsgərli çalışdıracaq. Ötən mövsüm Hüseynovla birgə komandaya rəhbərlik edən Əsgərli özünə yeni məşqçilər heyəti yığmağa başlayıb. Onun köməkçilərindən biri qapıçılar üzrə məşqçi Amil Ağacanov olacaq.

Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən, “Şamaxı” sonuncu yeri tutaraq Premyer Liqanı tərk etdi. AFFA İcraiyyə Komiyəsi yaxın günlərdə yeni mövsümdə Premyer Liqada klubların sayı ilə bağlı yekun qərarını verəcək.

AYXAN

Bənzər xəbərlər