Çempionlar Liqası: “Bavariya” 13 ildir evdə uduzmur
“Bavariya” Çempionlar Liqasının qrup və Liqa mərhələlərində ev oyunlarında 39 matçdır məğlub olmur.
Msport.az xəbər verir ki, Münhen təmsilçisi bu görüşlərdə 37 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.
Almaniya klubunun bu rekordu 13 ildir davam edir. “Bavariya” bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Budo-Qlimt”i 5:0 hesabı ilə darmadağın edib. “Arena Münhen”də keçirilən qarşılaşmada Jamal Musiala, Harri Keyn və Alfonso Devis fərqlənib, Maykl Olise isə dubl edib.
Münhen klubu oktyabrın 13-də növbəti turda “Vikinq”lə (Norveç) qarşılaşacaq.







