featured-image-2628

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada İngiltərə “Liverpul”unu qəbul edib.

Mersisayd təmsilçisi ilk matçda 2:0 hesablı qələbə qazanmışdı. Bu üzdən İngiltərə təmsilçisinin finala yüksəlmək şansları daha yüksək qiymətləndirilirdi.

“Estadio de la Keramika” stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edib. Matça yaxşı başlayan “Vilyarreal” ilk hissəni 2:0 öndə bitirib. Amma İngiltərə təmsilçisi fasilədən sonra oyunda dönüş yaratmağı bacarıb. Buraxılan qolların əvəzini artıqlaması ilə çıxan “Liverpul” həm əzmkar qələbə, həm də finala vəsiqə qazanıb.

Digər yarımfinal matçı mayın 4-də “Real” (İspaniya) və “Mançester Siti” (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

3 may

Vilyarreal (İspaniya) – Liverpul (İngiltərə) 2:3
Qol: B.Dia, 3. F.Koklen, 41 – Fabinyo, 62. L.Dias, 67. Mane, 74.
Baş hakim: Danni Makkeli (Niderland).
Vilyarreal. “Estadio de la Keramika” stadionu.

Vilyarreal: Xeronimo Rulyi, Raul Albiol (k), Pau Torres, Xuan Foyt, Pervis Estupinyan, Daniel Parexo, Etyen Kapu, Fransis Koklen, Covani Lo Çelso, Jerar Moreno, Bulaye Dia.
Liverpul: Alisson, Trent Aleksander-Arnold, İbrahima Konate, Vircil van Deyk (k), Endryu Robertson, Fabinyo, Tyaqo Alkantara, Nabi Keyta, Dioqo Jota, Məhəmməd Salah, Sadio Mane.

Bənzər xəbərlər