featured-image-29668

Çempionlar Liqasının (ÇL) finalı İstanbuldan alına bilər. Msport.az xəbər verir ki. bu iddia ilə Britaniyanın “Daily Mail” nəşri çıxış edib.

ÇL-in həlledici görüşü iyunun 10-da “Atatürk Olimpiya” stadionunda keçirilməlidir. Lakin nəşrin yazdığına görə, UEFA Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərindən sonra ölkədə qarışıqlıq ola biləcəyindən çəkinir.

Britaniyalı həmkarlarımızın yazdığına görə, Avropa futbol qurumu gizli şəkildə Portuqaliya Federasiyasına finalın Lissabona “Esstadio Da Luş”da keçirilmə ehtimalı ilə bağlı sorğu göndərib.

Qeyd edək ki, ÇL-in finalı pandemiya səbəbindən 2020 və 2021-ci illərdə İstanbuldan başqa şəhərə keçirilib.

ANAR

 

Bənzər xəbərlər