featured-image-59273

FIBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-inin ilk oyunu Bakıda təşkil olunacaq.

Azərbaycan Basketbol Federasiyasından Msport.az-a verilən məlumata görə, “Aliağa Petkim Spor”un rəqibi olan “Hapoel Holon” komandası İstanbula gəlmək istəməyib və bu halda görüşün neytral meydanda keçirilməsi nəzərdə tutulub.

Matç yanvarın 7-də hər iki tərəfin razılığı əsasında Bakı İdman Sarayında reallaşacaq.

Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də 3-cü oyun da məhz Bakıda baş tutacaq.

Bənzər xəbərlər