featured-image-3475

UEFA prezidenti Aleksandr Çefferin Çempionlar Liqasının yeni formatı haqqında danışıb.

Msport.az STA-ya istinadən xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri Superliqa ideyasına birdəfəlik son qoyduqlarını deyib:

“Superliqa ideyası ağılsızlıqdır. Onun həyata keçməsi futbolun dağılmasına, Avropa idman modelinin sonuna gətirib çıxarardı.

Çempionlar Liqasının yeni formata keçməsi Superliqanın tabutuna vurulan sonuncu mismar olacaq. Bu fikir əvvəlcədən var idi, sadəcə indi bunu tam şəkildə yoxa çıxarmalı idik. Ən azı 20 il müddətinə.

Böyük klublar öz səviyyələrinə uyğun komandalarla daha çox oyun keçirəcəklər. Bundan başqa, bir qədər zəif amma iddialı klublarla da qarşılaşacaqlar”.

Bənzər xəbərlər