Cənubi Koreya millisinin baş məşqçisi ölüm təhdidləri ilə üzləşir
Cənubi Koreya millisinin baş məşqçisi Xon Myön Bo ölüm təhdidləri alır.
Msport.az xəbər verir ki, buna səbəb milllinin dünya çempionatında qrupdan çıxa bilməməsidir.
Sosial şəbəkədə özünü ABŞ vətəndaşı kimi təqdim edən şəxs yazıb ki, məşqçi Cənubi Koreyaya ayaq basan kimi onu hava limanında öldürəcək.
Koreya polisi artıq hədələrlə bağlı araşdırmaya başlayıb.







