featured-image-25119

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Msport.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“Portu” Portuqaliyada İtaliya təmsilçisi “İnter”i qəbul edib. İlk matçda Milan təmsilçisi qalib gəlmişdi. Portuqaliya klubunun doğma meydanda məğlubiyyətin əvəzini çıxmaq istəyi baş tutmayıb. Qolsuz heç-heçə Milan təmsilçisini növbəti mərhələyə daşıyıb.

Turnirin favoritlərindən sayılan İngiltərə çempionu “Mançester Siti” isə səfərdə müqavimətini qıra bilmədiyi Almaniya “Leypsiq”ini sınağa çəkib. Doğma meydanda bu rəqibini əzici hesabla yenən “şəhərlilər” də sürprizə imkan verməyiblər.

Xatırladaq ki, “Bayern” (Almaniya), “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və “Benfika” (Portuqaliya) artıq 1/4 finala vəsiqəni rəsmiləşdirib.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

14 mart

“Portu” (Portuqaliya) – “İnter” (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Leypsiq” (Almaniya) 7:0
Qollar: Haland, 22; 24; 45+2; 54; 57. İ.Gündoğan, 49. K.De Bruyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1

Bənzər xəbərlər