ÇL: "Qarabağ"ın Bakıdakı matçında ukraynalı hakim
“Qarabağ”ın cari mövsüm avrokubokdakı ilk matçına hakim təyinatları müəyyənləşib.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki cavab oyunu Ukraynadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Viktor Kopievskyi olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vsotski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. “Köhlən atlar” bu raundda “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını 23 və ya 24 iyulda səfərdə keçirəcək.