Cüdoçular yenə medalsız qaldı
Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Msport.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizə aparıb.
Kişilərin yarışında Rüstəm Orucov (73 kq) 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlib, lakin 1/8 finalda İdo Levinə (İsrail) uduzub.
Telman Vəliyev (73 kq) təsnifatda Coşua Qrini (İrlandiya) məğlub edib, amma 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.
Elcan Hacıyev (81 kq) əvvəlcə Jim Heyjmana (Hollandiya) qalib gəlib, sonra 1/16 finalda Nikolya Şilara (Fransa) məğlub olub.
Murad Fətiyev (81 kq) Kedrik Kalonqanı (Konqo Demokratik Respublikası) yenib, ancaq 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finalda Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.
Qeyd edək ki, ötən gün 7 cüdoçumuz mübarizəyə başlasa da, heç biri medal qazana bilməyib.