Cüdoçumuz Avropa çempionatında zədələndi
Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının ilk günündə mübarizə aparan Leyla Əliyeva (48 kq) 1/4 final görüşündə zədələnib.
Msport.az xəbər verir ki, idmançı yığmanın tibbi heyətinin qərarına əsasən 10-11 noyabrda Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Leyla Əliyevanın müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.