Cüdoçumuz zədəyə görə Bakıdakı yarışı buraxdı
Azərbaycan cüdoçusu Kamran Süleymanov (66 kq) zədə səbəbindən Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib.
Msport.az xəbər verir ki, 21 yaşlı idmançı məşq zamanı yüngül xəsarət alıb. Yığmanın həkimləri və məşqçilər korpusu gənc idmançının turnirə qatılmamasını qərara alıblar.
Qeyd edək ki, “Böyük Dəbilqə” Milli Gimnastika Arenasında keçirilir.