featured-image-7599

Almaniyanın “Şalke” klubunun U-23 komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun da formasını geyindiyi bu kollektiv Almaniyanın digər təmsilçisi “Sportfrunde Lotte” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 7:1. Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının iki qolunu da Dadaşov vurub. Azərbaycanlı forvard 75 və 85-ci dəqiqələrdə fərqlənib.

Bənzər xəbərlər