Dadaşovun komandasından məğlubiyyət
İsveçrə çempionatında 4-cü turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Vintertur”la qarşılaşıb. Görüş “Qrasshopper”in məğlubiyyəti ilə başa çatıb – 1:3.
Renat bu görüşdə iştirak etməyib. Hücumçu oyunun heyətinə daxil edilməyib.
Qeyd edək ki, “Qrasshopper” 4 turdan sonra 4 xalla 8-ci sıradadır.
“Vintertur” – “Qrasshopper” – 3:1
Qollar: Qusto, 18, Turkes, 62-pen; Şneyder, 84 – Fink, 7