Daha 4 cüdoçumuz tatamiyə çıxır
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
Msport.az-ın məlumatına, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
73 kq.
Rəşid Məmmədəliyev – Heonçeoi Kanq (Cənubi Koreya)
Nurlan Osmanov – Reda Seddouki (Fransa)
81 kq.
Səid Mollayi – Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi
Zelim Tçkayev – Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) cütünün qalibi
Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər, digər 6 idmançı isə mükafat qazana bilməyib. Azərbaycan millisi Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.