Daha bir böyük şirkət Azərbaycan futbolunda sponsor ola bilər
Yaxın vaxtlarda daha bir böyük şirkət Azərbaycan futbolunda sponsorluq edə bilər.
Bir müddət əvvəl “Huner Group” “Turan Tovuz”un baş sponsoru oldu. “Kəpəz”in də yaxın vaxtlarda yeni sponsora qovuşacağına dair sosial şəbəkələrdə söz-söhbətlər gəzirdi.
Msport.az-ın əldə etdiyi məlumata görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan futbolunda növbəti sponsor ola bilər. Böyük ehtimalla, “AzerGold” Gəncə təmsilçisinə maliyyə yardımı göstərəcək.
2015-ci ildə təsis edilmiş “AzerGold” ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
AYXAN







