Daha iki boksçumuz yarımfinalda
Azərbaycanın daha iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Msport.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Tural Sarıyev və 51 kiloqramda yer alan Nicat Hüseynov adını növbəti mərhələyə yazdırıb.
1/4 finalda T.Sarıyev gürcüstanlı Laşa Kereselidzeyə, N.Hüseynov isə ispaniyalı Rafael Serranoya qalib gəlib.
Yarımfinala adlayan hər iki idmançı ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl qadın boksçumuz Marjona Savriyeva (50 kiloqram) yarımfinala vəsiqə qazanıb.