featured-image-50230

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı məlum olub.

Msport.az xəbər verir ki, 1/8 finalda Sloveniya yığmasına qalib gələn Portuqaliya millisi adını növbəti raunda yazdırıb.

Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. 105-ci dəqiqədə Portuqaliya seçməsinin hücumçusu Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (3:0) oynayan Roberto Martinesin komandası 1/4 finala yüksəlib.
Portuqaliyalılar bu raundda Fransa yığması ilə qarşılaşacaqlar.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə və İspaniya kollektivləri də 1/4 finala adlayıblar.

———————————–

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Msport.az xəbər verir ki, Fransa və Belçika yığmaları üz-üzə gəlib. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 85-ci dəqiqədə Belçikanın heyətində avtoqol müəllifi olan Yan Vertongen vurub.

Bununla da Fransa adını 1/4 final mərhələsinə yazdırıb.

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bənzər xəbərlər