featured-image-84934

Türkiyənin iki nəhəng klubu “Bavariya”nın müdafiəçisi Kim Min Jeni transfer etmək istəyir.

Msport.az xəbər verir ki, “Qalatasaray” və “Beşiktaş” Cənubi Koreya millisinin üzvünün vəziyyəti ilə maraqlanıb. “Yuventus” da 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komandalar arasındadır.

Bildirilir ki, Münhen təmsilçisinin rəhbərliyi yaxın vaxtlarda müdafiəçi ilə görüşərək onun komandadakı gələcəyini müzakirə etməyi planlaşdırır. “Bavariya” mümkün ayrılıq ehtimalına qarşı alternativ müdafiəçilərin siyahısını da hazırlayıb.

Qeyd edək ki, Kim Min Je 2021/2022-ci illərdə “Fənərbağça”nın formasını geyinib. O, 2023-cü ildən “Bavariya”da çıxış edir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər