“Milan” Endriki birdəfəlik transfer edə bilər
“Milan” “Real”ın hücumçusu Endriki heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.
Msport.az xəbər verir ki, “rossoneri” braziliyalı futbolçunu icarəyə götürmək və müqaviləyə 60 milyon avro və bonuslar qarşılığında satınalma hüququ və ya öhdəliyi əlavə etmək niyyətindədir.
Razılaşmada Madrid klubunun hücumçunu 80 milyon avroya geri almaq hüququnun da yer alması nəzərdə tutulur. “Milan”ın sahibi Cerri Kardinaleyə Endrikin transferini klubun sabiq futbolçusu Kaka tövsiyə edib. Oyun praktikasının azlığından narazı olan Endrikin yanvar ayında “Real”dan ayrılmağa hazır olduğu qeyd edilir.
Qeyd edək ki, braziliyalı hücumçu ilə “Roma”, eləcə də İngiltərə və Fransanın bir sıra klubları maraqlanır.







