featured-image-84936

“Barselona” “Mançester Yunayted”in argentinalı müdafiəçisi Lisandro Martinesi transfer gündəminə daxil edib.

Msport.az xəbər verir ki, Kataloniya klubunun nümayəndəsi 28 yaşlı futbolçunu Argentinanın Uruqvaya qarşı keçirdiyi son oyunda tribunadan izləyib.

“Barselona”nın qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək istədiyi bildirilir. Martinesin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır. İngiltərə klubunun müqaviləni daha bir il uzatmaq imkanı olsa da, futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

“Barselona”nın argentinalı müdafiəçini yanvar ayında transfer etmək variantını nəzərdən keçirdiyi və onun klub üçün daha real seçimlərdən biri olduğu qeyd olunur. Kataloniya təmsilçisinin əsas hədəfləri arasında Yoşko Qvardiol və Alessandro Bastoni də var, lakin onların transferinin daha çətin olduğu bildirilir.

Bənzər xəbərlər