featured-image-84944

“Qalatasaray”ın qış transfer planları ilə bağlı İtaliyaya üz tutub.

Msport.az xəbər verir ki, “Fiorentina” İstanbul təmsilçisinə yarımmüdafiəçi Krist İnao Oulai ilə bağlı oyunçu dəyişikliyi təklif edib.

İtaliya klubu “Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyra ilə maraqlanır. Florensiya təmsilçisi Oulaini Torreyra və müəyyən məbləğdə pul qarşılığında İstanbul klubuna göndərməyi təklif edib. “Fiorentina” mövsümün əvvəlində də Torreyra ilə maraqlanıb, lakin “Qalatasaray” rəhbərliyi həmin vaxt təklifə müsbət cavab verməyib.

Oulai isə bu mövsüm İtaliya klubunda istədiyi qədər oyun şansı qazana bilməyib. 20 yaşlı fil dişi sahilli yarımmüdafiəçi A Seriyasında keçirdiyi 11 turun 7-də meydana çıxıb və ümumilikdə 305 dəqiqə oynayıb.

Bununla belə, “Qalatasaray” rəhbərliyinin təklifə hələlik cavab vermədiyi bildirilir. İstanbul təmsilçisi Torreyra­nın komandadakı əhəmiyyətli rolunu nəzərə alaraq bu keçidə ehtiyatla yanaşır.

Bənzər xəbərlər