DÇ-2022: ABŞ millisi artıq Qətərdədir
ABŞ millisi dünya çempionatının keçiriləcəyi Qətərə gedən ilk komanda olub.
Msport.az “Gulf News”a istinadən xəbər verir ki, ABŞ yığması Dohanın şimalında yerləşən süni adada tikilən “Marsa Malaz Kempinski” otelində məskunlaşıb.
Yığmanın bəzi futbolçuları hələ həftəsonu çempionatda oyuna çıxacaqlarından Avropada qalıblar. Onların arasında kapitan Kristian Pulişiç də var.
Amerikalılar B qrupunda İngiltərə, İran və Uels seçmələri ilə mübarizə aparacaq. ABŞ ilk oyununu noyabrın 21-də Uelsə qarşı keçirəcək.