DÇ-2022: Açılış matçının hakimi bəlli oldu
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış oyununun baş hakimi müəyyənləşib.
Msport.az xəbər verir ki, A qrupu çərçivəsində keçiriləcək Qətər – Ekvador matçı italiyalı Daniel Orsatoya tapşırılıb.
Lakin ona bu oyunda hansı hakimlərin kömək edəcəyi açıqlanmayıb.
Noyabrın 20-də baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.