featured-image-17401

Bu gün futbol üzrə dünya çempionatında daha 3 oyun keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında B qrupunda İngiltərə və İran qarşılaşıb. 8 qolun qeydə alındığı bu oyunda Avropa təmsilçisi darmadağına sevinib.

A qrupunun ikinci matçında Niderland millisi Seneqalla üz-üzə gəlib. Bu qarşılaşmada da Avropa təmsilçisi qalib gələn tərəf olub. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador millisinə 0:2 hesabı ilə uduzub.

Günün son matçında ABŞ millisi Uelslə görüşüb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

DÇ-2022
21 noyabr

A qrupu

Seneqal – Niderland 0:2
Qol: K.Qakpo, 84. D.Klaassen, 90+9.
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Al-Tumama” stadionu

Seneqal: Eduar Mendi, Yussuf Sabali, Pape, Abu Sisse, Xalidu Kulibali (k), Abdu Diallo, Şeyhu Kuyate, Nampali Mendi, İdrissa Geye, Buna Sarr, Bulaye Dia, Krepin Diatta.
Niderland: Andris Noppert, Denzel Dumfris, Matteys de Liqt, Vircil van Deyk (k), Natan Ake, Deyli Blind, Stiven Bergeys, Frenki De Yonq, Kodi Qakpo, Vinsent Yanssen, Stiven Berqveyn.

Xal: Ekvador – 3, Niderland – 3, Seneqal – 0, Qətər – 0.

B qrupu

İngiltərə – İran 6:2
Qol: C.Bellingem, 35. B.Saka, 43; 62. R.Sterlinq, 45+1. M.Reşford, 71. C.Qriliş, 90 – M.Taremi, 65; 90+14-pen.
Baş hakim: Rafael Klaus (Braziliya)
“Xəlifə” stadionu

İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Luk Şou, 4. Deklan Rays, 22. Çud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq, 9. Harri Keyn (k).
İran: 1. Əlirza Beyrənvand (q), 2. Sadeq Moharremi, 3. Ehsan Həcsəfi (k), 5. Milad Mohemmedi, 7. Əlirza Cahanbaxş, 8. Murtəza Purəliqanji, 9. Mehdi Taremi, 15. Ruzbeh Çeşmi, 18. Əli Kərimi, 19. Məcid Hosseyini, 21. Əhməd Nurullahi.

ABŞ – Uels 1:1
Qol: T.Vea, 36 – Q.Beyl, 82-pen.
Baş hakim: Əbdülrəhman Əl-Jassim (Qətər)
“Əhməd ibn Əli” stadionu.

ABŞ: Mett Terner, Serjinyo Dest, Uoker Tsimmerman, Tayler Adams (k), Entoni Robinson, Yunus Musa, Ueston Makkenni, Kristian Pulişiç, Tim Rim, Timoti Vea, Co. Sarcent.
Uels: Ueyn Hennessi, Kris Mefam, Co Rodon, Ben Devis, Konnor Roberts, Itan Ampadu, Aaron Remzi, Harri Uilson, Neko Uillyams, Denie Ceyms, Qaret Beyl (k).

Xal: İngiltərə – 3, ABŞ – 1, Uels – 1, İran – 0.

Bənzər xəbərlər