DÇ-2022-də Tunisi İtaliya əvəz edə bilər
Futbol üzrə Tunis millisi bu il keçiriləcək dünya çempionatından kənarlaşdırıla bilər.
Msport.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Belə ki, dövlətin futbol işlərinə qarışması səbəbindən milli komandanın turnirdən kənarlaşdırılması təhlükəsi mövcuddur. Tunisin gənclər və idman naziri Kamel Deqiş daha əvvəl ölkənin Futbol Federasiyasının buraxıla biləcəyinə eyham vurub. Beynəlxalq Futbol Federasiyası (FİFA) onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirir.
Tunis yığması DÇ-2022-dən kənarlaşdırılacağı halda bu komandanı əvəz edəcək kollektiv də məlumdur. İddiaya görə, Tunis turnirdən kənarlaşdırılsa, Qətərdəki mundialda bu ölkəni FİFA reytinqində ən yüksək yeri tutan komanda kimi İtaliya millisi əvəz edə bilər.
Xatırladaq ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə bir qrupda mübarizə aparacaq.