DÇ-2022: "Əl Qaidə" mundialla bağlı bəyanat verdi
“Əl Qaidə” terror təşkilatı bəyanat yayıb.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, bəyənatda dünya çempionatını təşkil etdiyi üçün Qətər tənqid olunur və müsəlmanların mundialı boykot etməsi çağırışı səslənir.
“Əl Qaidə” Qətər hökumətini Ərəb yarımadasına əxlaqsız və azğın insanları, homoseksualları, korrupsiya və ateizmi yayanları cəlb etməkdə ittiham edir.
Terrorçu təşkilat həmçinin bildirib ki, dünya çempionatı “müsəlman ölkələrinin işğalından və onların zülmündən yayındırıb”.
“Əl Qaidə” müsəlmanları Qətərdə keçirilən mundialı boykot etməyə çağırıb: “Müsəlman qardaşlarımızı bu tədbirə baxmamağa və və oyunlara getməkdən çəkinməyə çağırırıq”.