featured-image-16045

“Barselona”nın müdafiəçisi Jerar Pike İspaniya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün 55 nəfərlik genişləndirilmiş heyətinə daxil edilib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, Pike, millinin baş məşqçisi Luis Enrikenin PSJ-nin müdafiəçisi Serxio Ramosla birlikdə DÇ-2022-yə aparmaq üçün seçdiyi 55 namizəd apasındadır.

Xəbərdə o da bildirilir ki, siyahıya düşmək Pike və Ramosun dünya çempionatında iştirakına zəmanət vermir. Çünki İspaniya millisinin baş məşqçisi Emerik Laport (Mançester Siti), İniqo Martines (Atletik, Bilbao), Pau Torres (Vilyarreal), Dieqo Lyorente (Lids) kimi futbolçulara üstünlük verə bilər.

Bənzər xəbərlər