DÇ-2022: Himni oxumadıqlarına görə iranlı futbolçuları ciddi cəza gözləyir
Futbol üzrə İran milli komandasının futbolçuları Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin 1-ci turunda İngiltərə yığması ilə oyundan öncə dövlət himnini oxumadıqlarına görə xoşagəlməz nəticələrlə üzləşə bilər.
Msport.az xəbər verir ki, futbolçuların küçə etirazlarını qəddarlıqla yatıran ölkə hakimiyyətinin hərəkətlərinə etiraz əlaməti olaraq himni oxumaqdan imtinası onların da başını ağrıdacaq.
Belə ki, İran milli komandasının oyunçuları və onların ailə üzvləri cinayət işlərinə cəlb edilə bilərlər. Qeyd edilir ki, oyunçular evə qayıtdıqdan sonra həbs olunacaqlar.
Xatırladaq ki, İran yığması bu qarşılaşmada İngiltərəyə 2:6 hesabıyla məğlub olub.