featured-image-14386

Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı bu ölkənin hakimiyyətinin qadağalar tətbiq etdiyi barədə məlumatlar yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, Qətərdə spirtli içkilərin qəbulu, açıq-saçıq geyinmək qadağan edilib.

Msport.az xəbər verir ki, Qətər hakimiyyəti bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, yayılan məlumatın heç bir əsası yoxdur:

“İnternetdə yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Yanlış və hətta yalan məlumatlar ehtiva edir. Yalnız rəsmi mənbələrindən məlumat əldə etməyi tövsiyə edirik”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Bənzər xəbərlər