DÇ-2022: İngiltərə - İran matçı ilklərə səhnə oldu
Qətərdə keçirilən dünya çempionatının bu gün baş tutmuş İngiltərə – İran oyununda bir neçə ilk qeydə alınıb.
Msport.az xəbər verir ki, bu matçın əsas vaxtına ümumilikdə 24 dəqiqə əlavə olunub.
Braziliyalı baş hakim Rafael Klaus birinci hissəyə 14, ikinci yarıya isə 10 dəqiqə əlavə edib. İlk hissədəki vaxt itkisinə Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvandın zədələnməsi səbəb olub. Yekunda qarşılaşma ümumilikdə 114 dəqiqə davam edib.
Bundan əvvəlki rekord 1994-cü il dünya çempionatında Cənubi Koreya – Boliviya matçında qeydə alınmışdı (103:56).
İran yığması bu qarşılaşmada 6 əvəzetmə edib. Bununla da sözügedən komanda DÇ tarixində 6 əvəzetmədən istifadə edən ilk yığma kimi tarixə düşüb. Qaydalara görə 5 əvəzetmə 3 cəhddə reallaşmalıdı. Yalnız hansısa oyunçu kəllə-beyin zədələnməsinə görə əvəzləndikdə limit artırılır. İran millisinin qapıçısı nəhz bu aqibəti yaşadığından onun komandasına əlavə dəyişikliyə imkan yaradılıb.
Matçın 90+13-cü dəqiqəsində penaltidən fərqlənən İran yığmasının hücumçusu Mehdi Taremi isə mundiallar tarixində ən gec vurulmuş qolun müəllifi olub.
İngiltərə yığması İran millisi ilə oyundan 6:2 hesablı qələbə ilə ayrılıb.