featured-image-16399

İngiltərə millisinin və “Çelsi”nin müdafiəçisi Ben Çiluell dünya çempionatını buraxmalı olacaq.

Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu Çempionlar Liqasında “Dinamo Zaqreb”lə matçda (2:1) zədələnib.

25 yaşlı oyunçu “Çelsi”nin tibbi personalının nəzarəti altında reablitasiya keçəcək.

İngiltərə yığması dünya çempionatında B qrupunda ABŞ, İran və Uels komandaları ilə mübarizə aparacaq.

Bənzər xəbərlər