featured-image-16941

Futbol üzrə İran millisinin Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.

Msport.az xəbər verir ki, baş məşqçi Karlos Keyroş siyahıya 25 oyunçunun adını daxil edib. Halbuki, mundialda hər ölkənin 26 futbolçu sifariş vermək hüququ var.

İran yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda ABŞ, Uels və İngiltərə ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Bənzər xəbərlər