DÇ-2022: İranlı qapıçı üçün mundial başa çatdı
Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığması ilə görüşdə zədələnən İran millisinin qapıçısı Əlirza Beyrənvandın durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, 30 yaşlı qolkiper mundialdakı digər matçları buraxacaq.
Komanda yoldaşı ilə toqquşan Beyrənvand matçdan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Meydanı xərəkdə tərk edən oyunçu 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
B qrupu çərçivəsində baş tutan bu qarşılaşmada İran yığması İngiltərəyə 2:6 hesabıyla uduzub.