DÇ-2022: Lukaku ilk oyunları buraxacaq
Belçika millisinin hücumçusu Romelu Lukaku dünya çempionatının ilk oyunlarını buraxmalı olacaq.
Msport.az xəbər verir ki, AFP-yə Belçika yığmasındakı mənbələr bu barədə məlumat veriblər.
29 yaşlı forvard hazırda zədəsini sağaldır.
“İnter”in futbolçusu Kanada və Mərakeşlə matçlarda meydana çıxa bilməyəcək.
Məşqçilər ümid edir ki, Lukaku dekabrın 1-də keçiriləcək Xorvatiya ilə oyuna tam hazır olacaq.