featured-image-17046

Futbol üzrə Seneqal millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Sadio Mane Qətərdə keçiriləcək dünya çempionatının ilk oyunlarını buraxacaq.

Msport.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının nümayəndəsi Abdulay Sou xarici mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, 30 yaşlı hücumçu zədə səbəbindən qrup mərhələsinin 1-ci və 2-ci turunun matçlarında iştirak edə bilməyəcək.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal yığması Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq. Bu komandanın ilk oyunu noyabrın 21-də Niderlanda qarşı olacaqsa, növbəti matç ayın 25-də meydan sahibi Qətərlə görüş baş tutacaq.

Bənzər xəbərlər