DÇ-2022: Milli komanda Qətərə forma aparmağı unutdu
Futbol üzrə Qana milli komandası bu il Qətərdə keçiriləcək dünya çempionatına forma aparmağı unudub.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Mark Şuamo sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, geyim dəstləri futbolçulara poçt vasitəsilə göndəriləcək. Qana Futbol Federasiyası formaların ilk oyuna kimi çatdırılmayacağından narahatdır.
Xatırladaq ki, Qana yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq dünya çempionatında Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq. Afrika təmsilçisi ilk matçını noyabrın 24-də Portuqaliyaya qarşı keçirəcək.