featured-image-16594

Yaponiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətində dəyişiklik edilib.

Msport.az Yaponiya Futbol Federasiyasnın rəsmi saytına istinadən xəbər verir ki, bunun səbəbi oyunçulardan birinin zədələnməsidir. Daha əvvəl adı mundialda oynayacaq futbolçuların siyahısına salınmış müdafiəçi Yuta Nakayamanın dabanındakı zədə səbəbindən turniri buraxacağı dəqiqləşib.

Baş məşqçi Moriyasu Hadzime İngiltərə “Haddersfild Toun”unda çıxış edən oyunçunun əvəzinə hücumçu Şuto Maşinonu (“Şonan Belmar”, Yaponiya) milliyə dəvət edib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Yaponiya millisi İspaniya, Kosta-Rika və Almaniya ilə birlikdə E qrupunda mübarizə aparacaq.

Bənzər xəbərlər