featured-image-17392

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Enner Valensiya Ekvador millisinin tarixinə düşüb.

Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Qətərdə təşkil olunmuş dünya çempionatının açılış oyununda meydan sahiblərinin qapısına qol vurmaqla nail olub.

16-cı dəqiqədə penaltidən hesabı açan forvard ölkəsinin mundiallar tarixində ən çox qol vuran oyunçusuna çevrilib. Qollarının sayını 4-ə çatdıran Valensiya Aqustin Delqadonu (3) keçib. O, 31-ci dəqiqədə daha bir qol vurmaqla həm dublunu rəsmiləşdirib, həm də millinin heyətində vurduğu qolların sayını artırıb. Valensiya yığmada bütövlükdə 75 matça çıxıb, 37 qola imza atıb.

Dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu da məhz Enner Valensiya seçilib. Ekvador millisi bu qələbə sayəsində qrupda ilk sıraya yüksəlib.

Bənzər xəbərlər