featured-image-16828

Futbol üzrə Qətər milli komandasının bu il keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, baş məşqçi Feliks Sançesin müəyyənləşdirdiyi 26 futbolçudan ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Maraqlıdır ki, 26 futbolçunun hamısı Qətər çempionatında çıxış edir. Onların yarısı eyni klubun – “Əl-Sədd”in formasını geyinir.

DÇ-2022-yə ev sahibliyi edəcək ölkə Ekvador, Seneqal və Niderland yığmaları ilə bir qrupda mübarizə aparacaq. Dünya çempionatının açılış matçı noyabrın 20-də keçiriləcək. Həmin oyunda Qətər yığması Ekvador millisi ilə qarşılaşacaq.

Bənzər xəbərlər