featured-image-16658

“Çelsi”nin müdafiəçisi Ris Ceyms Qətərdə keçiriləcək dünya çempionatında oynamayacaq.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, futbolçu müayinədən keçdikdən sonra ümid edirmiş ki, dekabrın əvvəlinə tam hazır olacaq və mundialda pley-off matçlarında çıxış edə biləcək.

Lakin İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Ceymsə zəng edərək bildirib ki, onun adını dünya çempionatına gedəcək heyətə daxil salmayacaq. Məşqçi bu addımını futbolçunun səhhəti ilə risk edə bilməməsi ilə əlaqələndirib.

Ceyms oktyabrın 11-də “Milan”la Çempionlar Liqası görüşündə dizindən zədə alıb.

Cari mövsümdə London klubunda 11 oyunda meydana çıxan futbolçu 2 qol vurub və iki məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər