featured-image-16723

“Borussiya Münhenqladbax”ın futbolçusu Marko Roys dünya çempionatında iştirak edə bilməyəcək.

Msport.az “Sky Sport Deutschland”a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi sentyabrın ortalarında aldığı zədəyə görə mundialdan kənarda qalacaq.

Almaniya millisinin baş məşqçisi Hans Flik son ana qədər Roysun dünya çempionatına kimi sağalacağına ümid edirdi. Ancaq futbolçu hələ bir neçə həftə də meydana çıxa bilməyəcək.

Roys sentyabrın 17-də “Şalke” ilə matçda (1:0) topuq bağından zədə alıb. Dörd həftədən sonra “Union”la görüşdə (0:2) o, meydana qayıdıb. Ancaq matçdan sonra futbolçu ağrı hiss edib. Şənbə günü Roys “Bohum”la qarşılaşmada yenidən forma geyinib. O, 67-ci dəqiqədə meydana daxil olub. Həmin oyundan sonra zədəsi yenidən yarımmüdafiəçini narahat edib.

Xatırladaq ki, zədə səbəbindən Roys DÇ-2014-ü buraxmışdı. Həmin vaxt Almaniya millisi dünya çempionu olmuşdu. O, zədəyə görə, AÇ-2016-da iştirak etməmişdi.

 

Bənzər xəbərlər