DÇ-2022: Salah televiziyada ekspertlik edəcək
Misir millisinin hücumçusu Muhammed Salah və Əlcəzair yığmasının vingeri Riyad Marez dünya çempionatı vaxtı televiziyada ekspert kimi çalışacaqlar.
Msport.az “StadDoha”ya isitnadən xəbər verir ki, hər iki futbolçu beİN Sports kanalının dəvətini müsbət dəyərləndiriblər.
Xatırladaq ki, Misir və Əlcəzair seçmələri dünya çempionatına vəsiqə qazana bilməyiblər. Misir seçmə mərhələdə Seneqala, Əlcəzair isə Kameruna uduzmuşdu.
22-ci dünya çempionatı noyabrın 20-dən dekabrın 18-ə kimi Qətərdə keçiriləcək.