DÇ-2022: Sautqeyt heyəti açıqladı
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dünya çempionatına aparacağı yekun heyəti açıqlayıb. Msport.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb:
Qapıçılar: Cordan Pikford (Everton), Nik Poup (Nyukasl), Aaron Ramsdeyl (Arsenal).
Müdafiəçilər: Trent Aleksander-Arnold (Liverpul), Lük Şou (Mançester Yunayted), Kiran Trippyer (Nyukasl), Con Stounz (Mançester Siti), Kayl Uolker (Mançseter Siti), Konor Koudi (Everton), Erik Dayer (Tottenhem), Ben Uayt (Arsenal), Harri Maquayr (Mançester Yunayted).
Yarımmüdafiəçilər: Cud Bellinqem (Borussiya Dortmund), Meyson Maunt (Çelsi), Kalvin Fillips (Mançester Siti), Cordan Henderson (Liverpul), Deklan Rays (Vest Hem), Konor Qallaxer (Çelsi).
Hücumçular: Fil Foden (Mançester Siti), Rahim Sterlinq (Çelsi), Cek Qriliş (Mançester Siti), Markus Reşford (Mançester Yunayted), Harri Keyn (Tottenhem), Bukayo Saka (Arsenal), Kallum Uilson (Nyukasl), Ceyms Meddison (Lester).
İngiltərə millisi B qrupunda ABŞ, İran və Uels yığmaları ilə mübarizə aparacaq. Sautqeytin komandası ilk oyununu noyabrın 21-də İrana qarşı keçirəcək.